Onlayn ictimai-siyasi qəzet
Paşinyan hakimiyyətinin müxalifətə təzyiqləri və seçkiöncəsi gərginlik barədə yeni iddialar səslənib.
Musavat.com xəbər verir ki, erməni politoloq Alen Gevondyan ölkədə əsas siyasi proseslərin məhz parlament seçkilərindən sonra başlayacağını bildirib.
Onun iddiasına görə, baş nazir Nikol Paşinyan bir sıra müxalif qüvvələrdən, xüsusilə də “Güclü Ermənistan” blokundan ciddi narahatdır və bunu artıq açıq şəkildə göstərir.
Erməni ekspert hesab edir ki, seçki kampaniyasının aktiv mərhələsində vəziyyət daha da gərginləşə bilər. O, bəzi media qurumlarının bağlanması, ekspertlərin, siyasətçilərin və hətta redaktorların həbsi kimi ssenariləri istisna etməyib.
Revanşist politoloq müxalifəti yalnız seçkiyə ümid bağlamamağa çağırıb. Onun fikrincə, Ermənistanda dəyişikliklərin əsas mərhələsi səsvermədən sonra başlayacaq.
O əlavə edib ki, mövcud hakimiyyət vəziyyəti artıq adi siyasi rəqabət kimi deyil, daha sərt qarşıdurma müstəvisində qiymətləndirir.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ