İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp

Noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra ABŞ İrana qarşı müharibəni başa çatdıracaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib: "Müharibə ara seçkilərdən dərhal sonra başa çatacaq".

O, respublikaçıların məğlub olacağı təqdirdə münaqişəyə daha sərt yanaşmanı istisna etməyib: "Düşünürəm ki, bir çox insan düşünür ki, əgər biz (Respublikaçılar – red.) uduzsaq, mən daha da qəzəblənəcəyəm və sadəcə hər şeyə son qoyacağam. Bu da bir seçimdir. Hər iki halda, onlar (iranlılar – red.) uduzacaqlar".

Daha əvvəl Tramp İranla müharibənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra, hətta seçkilərdən əvvəl də bitəcəyinə əminliyini ifadə etmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR