Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya ərazisindəki mühüm obyektlərə hücumları davam edir.
Musavat.com xəbər verir ki, ötən gecə Taqanroq dron hücumuna məruz qalıb: bir neçə obyektdə yanğın başlayıb.
Taqanroqda hücum hədəflərindən birinin yerli aerodrom olduğu bildirilir.
Eyni zamanda ötən gecə Tolyattidə Kuybışev Azot kimya zavodu hücumun hədəfi olub. Burada ammonyak, ammonium nitrat, karbamid, ammonium sulfat, kaprolaktam, poliamid və digər məhsullar istehsal olunur.
Bu, Rusiyanın azot sənayesində əsas strateji müəssisələrdən biridir. Zavoda artıq bu ilin mart ayında bir dəfə hücum edilib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ