İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanadanı yenə ABŞ-nin ştatı olmağa çağırdı

Kanada öz avtomobil istehsalçılarını qorumaq üçün Amerika ştatına çevrilməlidir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp WABC radiosuna verdiyi müsahibədə deyib: "Kanada illərdir bizdən qaçır. Onlar iş görmək üçün ən çətin insanlardır. Onlar düşünürlər ki, bunu etmək hüquqları var. Onlar ştat olmalıdırlar. Əgər onlar ştat olsaydılar, problem olmazdı. Mən avtomobil istehsalçılarının orada qalmasına icazə verərdim. Amma indi biz onların(avtomobil istehsalçılarının -red.) çoxunu əllərindən alırıq, çünki mən onlara tariflər tətbiq etmişəm".

Qeyd edək ki, avqustun sonunda Tramp ABŞ-də bizneslə məşğul olan Kanada şirkətlərinin tariflərdən yayınmaq üçün əməliyyatlarını tamamilə ölkəyə köçürmələrini təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR