Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Vasif Məhərrəmli qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib və bu dəfə dedikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com bildirir ki, müğənni "Günorta görüşərik" verilişində estetik əməliyyat etdirən xanımlar haqqında sərt fikirlər səsləndirib. O, iştirak etdiyi məclislərdən birini xatırlayaraq belə deyib:
“Bir dəfə bir məclisə getmişdim. Qarşıdakı masada 4-5 xanım əyləşmişdi, hamısı da estetikli idi, əcaib görünürdülər. Həm yandan, həm qarşıdan – üz, diş, dodaq... hamısı əcaib! Bu nə görüntüdür? Xanımlar, sizin axırınız necə olacaq, siz belə hara gedirsiniz?”
Bu açıqlama qısa zamanda sosial mediada rezonans doğurub. İstifadəçilərin əksəriyyəti müğənninin fikirlərini sərt tənqid edərək onu ikili standartlarda ittiham ediblər. Şərhlərdə “özün kişi ola-ola üzündə botoks və əməliyyatlar var, əvvəl özündən danış” kimi fikirlər geniş yer alıb.
Lakin müğənnini dəstəkləyənlər də tapılıb və onlar estetik müdaxilələrin ifrat həddə çatmasının doğrudan da narahatedici olduğunu qeyd ediblər.
Xalidə Gəray
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ