İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyni anda 5 şirkətdə vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərin Audit komitələrinə yeni üzv təyin edilib.

Musavat.com xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, Zəka Qəhrəmanlı AZCON şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Metropoliteni” QSC və “Azərpoçt” MMC-də Audit komitəsinin üzvü təyin olunub.

Qeyd edək ki, Z.Qəhrəmanlı eyni zamanda AZCON-da nəqliyyat bölməsi üzrə daxili audit şöbəsinin rəhbəridir. O, sözügedən vəzifəyə ötən ilin mart ayında təyin edilib. Z.Qəhrəmanlı bundan öncə Azərbaycan İnvestisiya Holdinqində daxili audit şöbəsinə rəhbərlik edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR