Onlayn ictimai-siyasi qəzet
"Meta" korporasiyası yeniyetmələrin sosial media asılılığı ilə bağlı qaldırılan kütləvi iddiaları və məhkəmə prosesini dayandırmaq üçün 17 milyard dollar (14,6 milyard avro) ödəməyə və "Facebook" ilə "Instagram" platformalarına uşaqların təhlükəsizliyi üçün yeni mexanizmlər əlavə etməyə razılıq verib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın 47 ştatının baş prokurorları birgə bəyanatla çıxış ediblər.
Xatırladaq ki, Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi də daxil olmaqla 29 ştat 2023-cü ildə texnologiya nəhəngini uşaqların psixi sağlamlığına zərər vurmaqda və asılılıq yaradan alqoritmlərdən istifadə etməkdə ittiham edərək məhkəməyə vermişdi.
Əldə olunmuş bu tarixi razılaşma texnologiya sektorunda indiyədək qeydə alınan ən böyük ödənişlərdən biri hesab olunur və davam edən məhkəmə çəkişmələrinə rəsmi olaraq son qoyur.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ