İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - FOTO

Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində çalışan sahibkarlardan haqq tələb edən “Zayka” ləqəbli Zaur Əliyev, qardaşı Azər Əliyev və digər səkkiz nəfər kriminal qruplaşma üzvləri həbs edilib.

Xüsusi əməliyyat tədbiri nəticəsində tutulan 8 azərbaycanlıya qarşı gücdən istifadə olunub.

Əldə etdiyimiz məlumata görə, əməliyyat zamanı həbs edilən “Zayka”ya qarşı xüsusi zorakılıq törədilib.

Adıçəkilən şəxsin həbsdən sonrakı eksklüziv görüntüsünü təqdim edirik.


Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı iş adamı Qod Nisanova məxsus Moskvanın Şolkoviskaya prospektindəki “Mandarin” Ticarət Mərkəzinə gedən qruplaşma üzvləri həmin ticarət mərkəzində fəaliyyət göstərən iş adamları qarşısında puı tələbi qoymuşdu.

Onu da xatırladaq ki, bu dəstə Moskvanın məşhur Food Sity bazarında çalışan Şəmkirdən olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib.

O, bundan imtina etdiyi üçün öz evinin qarşısında ölümcül döyülmüşdü.\\gununsesi.info

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR