Onlayn ictimai-siyasi qəzet
Adanada fahişəxanada otaqların idarə olunması üstündə düşən mübahisə dəhşətli zorakılıqla nəticələnib. 4 qadın tərəfindən insafsızcasına döyülən 42 yaşlı Ö.O. ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Musavat.com xəbər verir ki, müəssisədə otaqların işlədilməsi məsələsində Ö.O. ilə digər qadınlar arasında başlayan narazılıq qısa müddətdə davaya çevrilib.
Mübahisə zamanı 4 qadın Ö.O.-ya təpik və yumruqlarla hücum edib. Qadınlardan D.K.-nin zərərçəkənin başından tutaraq dəfələrlə masaya çırpdığı, daha sonra saçından tutaraq yerdə sürüdüyü bildirilir. Hadisə yalnız ətrafdakıların müdaxiləsi ilə dayandırılıb.
Ağır xəsarətlər alan Ö.O. xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Şübhəlilərin onu öldü zənn edərək tərk etdiklərini bildirən zərərçəkən həyatından narahat olduğunu vurğulayıb:
"Hadisədən bir gün əvvəl müayinədən qayıdanda məni telefon kabeli ilə boğmağa çalışdılar. İşə qayıdanda isə "Bundan sonra bizimlə işləyəcəksən" dedilər. Razılaşmadığım üçün hücum etdilər. Başımı dəfələrlə masaya və betona çırpdılar, bəxşiş qutusu ilə vurdular, saçımdan tutub yerdə sürüdülər. Təxminən bir saat döydülər, öldüyümü düşünərək atıb getdilər. Təxminən 5 saat beyin qanaması şübhəsi ilə reanimasiyada qaldım, hazırda sol qulağımda eşitmə qabiliyyətini itirmişəm. Bu şəxslər çöldə gəzsə, məni öldürəcəklər. Yaşamaq istəyirəm".
Hadisə anı müəssisənin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. Görüntülərdə 42 yaşlı qadının amansızcasına döyüldüyü aydın görünür.
Hadisədən sonra zərərçəkən özünə hücum edən E.K., D.K., B.S. və B.E.-dən, həmçinin otaq sahibi T.A.-dan polisə rəsmi şikayət edib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Musavat.com
05 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ