İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Üreklə bağlı QALMAQALLI İDDİA - Ölümündən sonra ÜZƏ ÇIXDI

107 gün reanimasiyada müalicə alan və 59 yaşında vəfat edən türkiyəli müğənni Fatih Ürek bazar günü son mənzilə yola salınıb. Sənətçinin ölümündən sonra bu dəfə onun ailəsi ilə bağlı səsləndirilən iddialar ictimaiyyətin gündəminə gəlib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, “Gel Konuşalım” proqramında çıxış edən aparıcı Nur Tuğba Namlı Fatih Ürekin bacıları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

“O insan həyat uğrunda mübarizə aparırdı. İstanbul və Bodrumdakı evlərini talan ediblər. Çox konkret və etibarlı bir mənbədən eşitməsəydim, bunu əsla dilə gətirməzdim”, - deyə o bildirib.

Aparıcı Fatih Ürekin daim taxdığı bilərziklərin hazırda başqa şəxslərin qolunda olduğunu, kürklərin isə İzmirə aparıldığını iddia edib:

“Kürklərin hamısı İzmirə aparılıb. Lazım gələrsə, İzmirdəki həmin kürk evinin adını da açıqlayaram”.

Namlı Fatih Ürek hələ sağ ikən İstanbul və Bodrumdakı evlərə girildiyini və əşyaların götürüldüyünü iddia edərək baş verənlərin qəbuledilməz olduğunu vurğulayıb:

“Bir daha soruşuram: o kürklər götürülüb İzmirə aparıldımı? Kürk mağazalarına satılmağa çalışıldımı?
Qolundakı, seyfdə olan bilərziklər hazırda sizin qolunuzdadırmı? Bu necə düşüncə tərzidir?”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR