Onlayn ictimai-siyasi qəzet
Cənub-şərqi Asiya regionu üçün xarakterik olan güclü musson yağışlarının günlərlə davam etməsindən sonra Filippin zibil böhranı ilə üzləşib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin paytaxtı Manilanın metropoliten ərazisindəki və ətraf ərazilərdəki su anbarlarında çoxu plastik qablardan ibarət olan tullantılar yığılıb.
İşçilər çirkab suların nasos stansiyasına çatmazdan əvvəl çayları və kanalları təmizləməyə çalışırlar.
Ölkə prezidenti Ferdinand Markos su anbarlarının çirklənməsi ilə bağlı vəziyyəti "son dərəcə ciddi" adlandırıb. O, tullantıların düzgün utilizasiya edilməməsi problemini həll etmək və tullantılardan enerjiyə çevrilmə proqramını həyata keçirmək ehtiyacını bir daha vurğulayıb.
Aşağıda Filippində baş verənlərin fotoları verilir.
Bu mənzərə göstərir ki, müasir həyatda çox sıx-sıx istifadə edilən plastik qablar vaxtında və düzgün utilizasiya edilmədikdə bu cür fəlakətli durumlar yaranır.








Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ