İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova ilə arxiv FOTOsunu paylaşdı

Əməkdar artist Nailə İslamzadə Xalq artisti Flora Kərimova ilə arxiv fotosunu paylaşıb. 

Aparıcı xəstəxanaya yerləşdirilən müğənniyə şəfa diləyib. 

"Bu şəkil çəkilən zaman televiziyaya yeni gəlmişdim, həm oxuyur, həm də işləyirdim. Flora xanımın da hələ heç bir fəxri adı yox idi. Amma onu sevən milyonlar var idi. Çünki əsl sənətkarın ən böyük adı da, ən böyük mükafatı da xalq sevgisidir. Xalqın sevimlisi, əziz Flora xanım! Allah sizə tezliklə şəfa versin" deyə, N.islamzadə paylaşımında yazıb. 

Qeyd edək ki, F.Kərimovanın xəstəxanaya yerləşdirildiyi bildirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR