Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış futbol simalarından Sergen Yalçınla müğənni və aktrisa Hülya Avşarın illər əvvəl lentə alınmış görüntüləri yenidən gündəmə gəlib.
Musavat.com lent.az-a istinadən bildirir ki, kadrlarda Sergen Yalçının gənclik illərindəki danışıq tərzi, xüsusilə indikindən xeyli fərqlənən səs tonu sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Söhbətin davamında mövzu qadın-kişi münasibətlərinə gəlib. Görüntülərdə Hülya Avşar kişinin şorgöz ola biləcəyi ilə bağlı fikirlər səsləndirib. O dönəmdə 24 yaşında olan Sergen Yalçın isə müğənninin fikirlərini təsdiqləyib.
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ