İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəyə güclü yağış yağıb, dolu düşüb

Gədəbəy rayonunda güclü yağış yağıb, dolu düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yağıntı və dolu təxminən saat 21:00 radələrində başlayıb.

Dolu rayonun Gərgər və Arıqdam kəndlərində, eləcə də Gədəbəy şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, təbiət hadisəsi nəticəsində ən çox ziyan Gərgər kəndinə dəyib.

Belə ki, dolu təsərrüfatlara, xüsusilə kartof əkini sahələrinə ciddi zərər vurub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR