Onlayn ictimai-siyasi qəzet
Fransanın Ukraynaya "Rafale" döyüş təyyarələri göndərməsi Paris üçün son dərəcə bahalı olacaq.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin LCI telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Fransız hakimiyyəti bu proqramın maliyyələşdirilməsi üçün parlamentdən təxminən 15 milyard avro ayrılmasına nail olmalıdır.
Hərbi ekspertlərin qiymətləndirməsinə əsasən, belə həcmdə qırıcıların tədarükü 2029-cu ildən tez mümkün deyil.
Hazırda Parisdə təyyarələrin istehsalı, ixrac prosedurları və maliyyələşdirilməsi ilə bağlı intensiv müzakirələr davam edir.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ