İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözü yaşlı Pelosi “XORTLADI” – Yenə ermənilərə görə…

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst Nensi Pelosi hazırkı vitse-prezident Cey Di Vensin qondarma soyqırımı ilə bağlı paylaşımının səhifəsindən silinməsini tənqid edib. Musavat.com-un xəbərinə görə, sabiq spiker 2022-ci ildə Ermənistana səfər etməsini yada salıb. Onun sözlərinə görə, 2019-cu ildə Nümayəndələr Palatası “erməni soyqırımı”nı tanıyan ikipartiyalı qətnaməni böyük səs çoxluğu ilə qəbul etdi, prezident Bayden 2021-ci ildə onu rəsmi olaraq tanıdı. “Tramp administrasiyası bu mövqeyi utancverici şəkildə ləğv etdi”, - deyə Pelosi sosial media hesabında qeyd edib.

Vens “erməni soyqırımı” ifadəsini sildirdi: paylaşım niyə geri çəkildi?

"Vitse-prezidentin bu həqiqəti etiraf edən bir paylaşımı silməsini görmək çox məyusedici olsa da, təəccüblü deyil. Tarixi silmək qurbanları rüsvay edir və hər yerdə insan hüquqlarına olan öhdəliyimizi zəiflədir", -deyə eks-spiker sərsəmləyib. Xatırladaq ki, Vensin sosial media səhifəsindən “erməni soyqırımı” memorialına ziyarətlə bağlı paylaşım silinib. Pelosi isə həmin abidə qarşısında saxta göz yaşları tökmüşdü. Heç ermənilər bu uydurma genosidə belə ağlamamışdılar…

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR