Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini güc yolu ilə bərpa etmək mümkün deyil.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-də jurnalistlərə deyib: "Bir ölkəni bombalamaq, onu tamamilə məhv etməklə hədələmək, dəniz blokadası tətbiq etmək, təzyiq göstərmək və gəmilərin təhlükəsizliyinin və keçidinin öz-özünə bərpa olunmasını gözləmək olmaz".
Onun sözlərinə görə, "daha çox hərbi əməliyyatlar, təhdidlər, blokadalar və iqtisadi təzyiq" də boğaz məsələsini həll etməyəcək.
Nazir qeyd edib ki, Tehranın nöqteyi-nəzərindən Hörmüz boğazındakı böhran bu ilin əvvəlində İrana qarşı hücumlara başlayan ABŞ və İsrailin günahıdır.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ