Onlayn ictimai-siyasi qəzet
“İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti stabilləşib.
Kliniki Tibbi Mərkəzdən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, müəllimin müalicəsi davam etdirilir:
“1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.
Xatırladaq ki, fevralın 6-da “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Şahanə Rəhimli
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ