İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşlə bağlı qorxunc plan sandıqdan çıxarılır: ABŞ və Avropa buna getməyə hazırlaşırlar

ABŞ və Avropa İttifaqı qlobal istiləşmə ilə mübarizə aparmaq üçün günəşin süni şəkildə "tutulmasını" müzakirə edirlər.

Musavat.com “Politico”ya istinadən xəbər verir ki, ABŞ və Avropadakı siyasətçilər Yer kürəsinə çatan günəş işığının miqdarını azaldacaq günəş geomühəndisliyi metodlarını nəzərdən keçirirlər.

Əvvəllər bu cür texnologiyalar müxtəlif gözlənilməz risklər səbəbindən tabu hesab olunurdu. Bundan əlavə, onlar qlobal istiləşmənin əsas səbəbi olan neft, qaz və kömürün yandırılmasından yaranan tullantıları aradan qaldırmır.

Lakin günəş geomühəndisliyi şirkətlərinə artan investisiyalar səbəbindən günəş işığını süni şəkildə məhdudlaşdırmaq ideyası mütəxəssislər və siyasətçilər arasında tədricən populyarlıq qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR