İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyət daxilində “elit ev” qalmaqalı: araşdırma başladı

Ermənistanda hakimiyyət daxilində yeni qalmaqal baş qaldırıb. Bu dəfə müzakirələrin mərkəzində hakim fraksiyanın rəhbərinin daşınmaz əmlakı dayanır.

Musavat.com xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsi hakim fraksiyanın rəhbəri Ayq Konjoryanın “elit” daşınmaz əmlakı ilə bağlı araşdırmaya başlayıb. İstintaq orqanları bu yaxınlarda Hetq.am nəşrində dərc olunan materialda qeyd edilən sövdələşmədə korrupsiya əlamətlərinin olub-olmadığını yoxlayır.

Məlumata görə, Ayq Konjoryan Arinc kəndində yerləşən iki mərtəbəli evi təxminən 140 min ABŞ dollarına alıb. Həmin qiymətin bazar dəyərindən xeyli aşağı olduğu bildirilir. Bu isə deputata gəlir vergisinin geri qaytarılması ilə bağlı qanundan yararlanmaq imkanı yaradıb.

Konjoryanın özü isə ittihamları rədd edib. O bildirib ki, daşınmaz əmlakı bazar qiymətinə alıb və söhbət ümumiyyətlə malikanədən deyil, taunhaus tipli yaşayış sahəsindən gedir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR