İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da uşaqların cinsinin dəyişdirilməsi əməliyyatı tibbi sığortadan çıxarıldı

Bundan sonra ABŞ-da uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatları federal tibbi sığorta proqramı olan Medicaid tərəfindən əhatə olunmayacaq.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb:

"Medicaid artıq yetkinlik yaşına çatmayanlar üçün cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını və hormon terapiyasını əhatə etməyəcək. Günahsız uşaqlarımızın gənc bədənlərinə ağlasığmaz və dönməz zərər verən bu vəhşi əməliyyatlara və prosedurlara məruz qalması üçün pul ödəməyəcəyik. Son bir il yarım ərzində bu məsələyə göstərdiyimiz təzyiq və qətiyyətimiz sayəsində ABŞ-da onlarla xəstəxana artıq cinsi təsdiqləyici xidmətlər göstərməyi dayandırıb və daha çox xəstəxananın da buna uyğun hərəkət edəcəyini gözləyirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR