İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şərq qalxanı" işə düşür: Varşava sərhədi minlayır və keçidləri tam qapatmağa hazırlaşır

Polşa Rusiya və Belarusla olan bütün sərhəd-keçid məntəqələrini tamamilə bağlamağa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.

Nazirin sözlərinə görə, təhlükəsizlik şəraiti tələb edəcəyi təqdirdə Polşa şərq sərhədinin tam blokadasını cəmi 7–14 gün ərzində həyata keçirmək iqtidarındadır.

Kosinyak-Kamış həmçinin əlavə edib ki, ölkə lazımi məqamda sərhəd boyu istifadə olunması üçün minlərlə minaların satınalınmasını həyata keçirir.

Bütün bu hərbi və təhlükəsizlik tədbirləri 2024-cü ildən icrasına başlanılmış "Şərq qalxanı" (Tarcza Wschód) milli müdafiə proqramı çərçivəsində reallaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR