İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibafdan açıq etiraf: "Müharibəni görən insan sülhün qədrini daha yaxşı bilir"

İqtisadi inkişaf və milli istehsalat olmadan yalnız hərbi güclə ayaqda qalmaq mümkün deyil.

Musavat.com xəbər verir ki, bu barədə İran Parlamenti (Məclis) spikeri Məhəmməd-Baqir Qalibaf bəyan edib.

"Nə qədər böyük hərbi gücümüz olursa-olsun, əgər insanlar acdırsa, ölkədə maliyyə dövriyyəsi, iqtisadi artım və milli istehsal yoxdursa, biz müqavimət göstərə bilməyəcəyik. Döyüşçü kimi biz sülhü yalnız onun haqqında danışanlardan daha çox qiymətləndiririk. Çünki müharibənin nə olduğunu bilən insan sülhün qədrini daha yaxşı anlayır", – deyə Məhəmməd-Baqir Qalibaf vurğulayıb.

Spikerin bu kəskin və realist çıxışı ölkədə davam edən iqtisadi çətinliklər və sosial gərginlik fonunda ekspertlər tərəfindən Tehran rəhbərliyinin daxili siyasətdəki prioritetlərə yenidən baxması zərurətinin etirafı kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR