İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın 14 bölgəsi bu siyahıdan çıxarılır – qərbdən ukraynalılara gözlənilməz zərbə

Danimarka ukraynalı qaçqınlarla bağlı qaydaları sərtləşdirməyə hazırlaşır. Yeni təklif Ukraynanın qərb və mərkəzi hissəsində yerləşən 14 bölgədən gələn şəxslərin müdafiə statusuna təsir edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.

Danimarka hökumətinin təklifinə əsasən, Ukraynanın qərb və mərkəzi hissəsindəki 14 bölgə nisbətən təhlükəsiz hesab edilə bilər. Kiyev isə bu siyahıya daxil edilməyəcək.

Dəyişiklik qəbul olunarsa, həmin 14 bölgədən Danimarkaya gələn Ukrayna vətəndaşları artıq avtomatik olaraq müdafiəyə ehtiyacı olan şəxslər kimi qiymətləndirilməyəcəklər. Beləliklə, onların Danimarkada xüsusi müdafiə rejimindən yararlanması əvvəlki qaydada avtomatik olmayacaq.

Hökumət eyni zamanda sosial ödəniş alan ukraynalılarla bağlı tələbləri də sərtləşdirmək istəyir. Təkliflərdən biri sosial yardım alan şəxslərin işləməyə cəlb olunmasını nəzərdə tutur.

Bununla yanaşı, ukraynalıların təhsili ilə bağlı mövcud qaydalara yenidən baxılması planlaşdırılır.

Danimarka hakimiyyəti dəyişikliklərin zəruriliyini bələdiyyələrin üzərinə düşən yükün artması ilə izah edir. Hazırda ölkədə təxminən 47,6 min Ukrayna vətəndaşının yaşadığı bildirilir. Yerli hakimiyyət orqanlarının onların yerləşdirilməsi və inteqrasiyası ilə bağlı çətinliklərlə üzləşdiyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR