Onlayn ictimai-siyasi qəzet
Rusiya Tver vilayətində, təhlükəli viruslar və patogenlər üzərində tədqiqatların aparıldığı məxfi biolaboratoriya kompleksi inşa edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUS) məlumat yayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, rəsmi adı "Eksperimental Fizologiya Mərkəzi" olan bu obyekt Vışnevolotsk su anbarının ortasındakı "Lisiy" adasında yerləşir. HUS bildirir ki, 2023-cü ildən etibarən adanın ətrafındakı akvatoriya "regional əhəmiyyətli xüsusi mühafizə olunan ərazi" statusu alaraq çimmək, balıq tutmaq və qayıqla gəzmək üçün tamamilə bağlanıb.
Kəşfiyyatın bəyanatında vurğulanır ki, biolaboratoriya kompleksinin layihəsi Rusiya Prezidenti Vladimir Putinin birbaşa tapşırığı ilə "ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin edilməsi" məqsədilə xüsusi əhəmiyyətli obyekt kimi reallaşdırılıb və formal olaraq Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) strukturuna daxil edilib. Kiyev tərəfi xəbərdarlıq edir ki, obyektdən təhlükəli maddələrin su anbarına sızması regional ekoloji və epidemioloji fəlakətə yol aça bilər.
Musavat.com
25 Avqust 2026
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ