Onlayn ictimai-siyasi qəzet
İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib.
Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçisi kimi çalışdığını bildirən Kaya, bank hesablarından yalnız sənətçinin göstərişi ilə istifadə etdiyini, dərnəyin fəaliyyəti barədə isə ətraflı məlumatının olmadığını deyib.
Onun sözlərinə görə, Haluk Levent dərnəyin rəhbəri olduğu üçün oradan borc götürə biləcəyini bildirmişdi.
Yeliz Kaya ifadəsində daha bir ciddi iddia irəli sürərək, onun adına rəsmiləşdirilən çeklərin arxa hissəsindəki imzaların da Haluk Levent tərəfindən atıldığını söyləyib. Kaya həmin imzaların özünə məxsus olmadığını, məhz buna görə sonradan çeklərin dövriyyədən yığıldığını iddia edib.
O bildirib ki, Haluk Leventin borclu olduğu şəxslərə daşınmaz əmlakları da onun tapşırığı ilə təhvil verib. Kaya, əmlakların öz adına rəsmiləşdirilməsinin səbəbinin sənətçinin onları öz adına keçirə bilməməsi olduğunu və bu prosesdə onun adından istifadə edildiyini iddia edib.
Yeliz Kaya hazırda həbsdə olduğunu, bu hadisələr səbəbindən banklara borclandığını və kredit kartlarının limitinin tamamilə dolduğunu deyərək, bütün bunlara görə Haluk Leventi məsuliyyətli hesab etdiyini bildirib.
İstintaqla bağlı araşdırmaların davam etdiyi bildirilir.\\milli.az
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ