İnsanlara hürriyət, millətlərə istiqlal!

Haluk Leventlə köməkçisinin mərc yazışmaları üzə çıxdı

Türkiyəli müğənni Haluk Levent və onun köməkçisi Alper Çelik arasında mərc oyunları ilə bağlı olduğu iddia edilən yazışmalar üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Ahbap dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində həbs olunan Haluk Levent və bu gün saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilən köməkçisi Alper Çelik arasında mərc məzmunlu mesajlar aşkarlanıb.

İddia olunan yazışmalarda tərəflərin bir neçə dəfə mərc oyunları barədə danışdığı görünür. Diqqət çəkən məqamlardan biri isə Haluk Leventin tək bir futbol kuponuna 500 min Türkiyə lirəsi məbləğində mərc etdiyi iddiasıdır.

Bildirilir ki, həmin gün ərzində ümumilikdə təxminən 700 min lirə dəyərində mərc kuponu oynanılıb.

Qeyd edək ki, yayılan məlumatlar istintaq materiallarında yer aldığı iddia olunan yazışmalara əsaslanır. Rəsmi istintaq davam edir və ittihamlarla bağlı yekun məhkəmə qərarı hələ verilməyib.

 Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR