İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç kimin bəyənmədiyi işi görərək ayda 6200 qazanır

Norveçdə yol, dəmir yolu və yeni binaların tikintisi ilə bağlı infrastruktur layihələrinin artması tikinti sektorunda ciddi işçi çatışmazlığı yaradıb. Təxminən 250 min nəfərin çalışdığı sektorda yerli kadr çatışmazlığı səbəbindən xarici işçilərə tələbat artır. Sektorda aylıq gəlirlər 300-345 min lirəyə qədər yüksələ bilir.

Musavat.com xəbər verir ki, Norveçdə artan infrastruktur layihələri tikinti sektorunda işçi qüvvəsinə ehtiyacı əhəmiyyətli dərəcədə artırıb. Yerli ixtisaslı işçilərin tələbatı tam qarşılamaması nəticəsində şirkətlər xarici əmək bazarına yönəlirlər.

Norveç Statistika İdarəsinin məlumatlarına görə, memardan tikinti sahəsində çalışan işçilərə qədər müxtəlif vəzifələri əhatə edən sektorda orta aylıq ümumi əməkhaqqı 5 430 avro, yəni təxminən 302 min lirədir.

Texniki və idarəetmə məsuliyyəti daşıyan vəzifələrdə, o cümlədən memar, mühəndis və tikinti sahəsinin rəhbəri kimi çalışanların aylıq ümumi maaşı 6 200 avroya qədər yüksələ bilir.

Bu məbləğ təxminən 345 min türk lirəsinə bərabərdir. Sahədə çalışan işçilərin gəliri isə əsasən saatlıq əməkhaqqı əsasında hesablanır.

Norveçdə ölkə üzrə vahid minimum əməkhaqqı sistemi tətbiq edilmir. Minimum əməkhaqqının aşağı həddi ayrı-ayrı sektorlar üzrə kollektiv və məcburi əmək müqavilələri ilə müəyyənləşdirilir.

Tikinti sektorunda ixtisaslı işçilər üçün saatlıq minimum əməkhaqqı təxminən 24,50 avro, ən azı bir il iş təcrübəsi olan ixtisassız işçilər üçün isə 23 avro təşkil edir.

Avropa standartlarına görə yüksək hesab olunan əməkhaqqı və çevik iş imkanları Norveçi xarici işçilər üçün cəlbedici ölkələrdən birinə çevirir.

Bununla belə, ölkədə yaşayış xərclərinin də yüksək olması əməkhaqqının real alıcılıq qabiliyyətinə təsir edən əsas amillərdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR