İnsanlara hürriyət, millətlərə istiqlal!

Həm Moskva, həm də Harvard məzunları... – Gənc başçılardan ƏSAS gözlənti

Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunublar.

Əliyev Natiq Oruc oğlu 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Pezident Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.

Naftalan şəhərinin icra başçısı təyin olunan Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb. 2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb. 2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb. 2025-ci ildə ABŞ-ın Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.

Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.

Göründüyü kimi, hər ikisi Moskva və Harvard təhsili alıb. Son illər qeyd olunur ki, yüksək vəzifələrə xarici təhsil almış kadrların cəlb olunması müsbət haldır, onlar biliklərini tətbiq edəcək, həm də keçmiş nomenklatura ilə idarəçilinək olmayacaq. Amma gənc kadrlar arasında da etimadı doğrultmayanlar var. Bu mənada xarici təhsili olanların vəzifələrə gətirilməsi fərqlilik yaradırmı, yoxsa fiqur dəyişikliyi heç nəyi həll etmir?

Natiq Cəfərli: Azərbaycanın investisiya cəlbediciliyini artıran yeni  amillər formalaşıb | Hafta.az

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, yüksək təhsilli gənc kadrların vəzifələrə gətirilməsi müsbət haldır, sadəcə, bizdə sistemin özünün iş qaydalarında da paralel dəyişikliklər olmalıdır: “Əks halda hansı dünya səviyyəli ali məktəbi bitirməsindən asılı olmayaraq vəzifəyə təyin olunan kadr istənilən səviyyədə uğurlu iş ortaya qoya bilməyəcək.

Məsələn, icra hakimiyyəti institutu ilə bələdiyyələrin səlahiyyət və məsuliyyət bölgüsü, yaxud da İcra Hakimiyyətləri ilə Prezidentinin Xüsusi Nümayəndəliyi institutunun səlahiyyət və münasibətləri kimi məsələlər daha aydın və dəqiq həllini tapmalıdır. Belə olarsa, yeni kadrların vəzifələrə təyin olunmalarının daha yaxşı effektiv nəticələrini görmək mümkündür”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR