Onlayn ictimai-siyasi qəzet
Müğənni İzzət Bağırov illər əvvəlki kostyumlarını ələ salanlara cavab verib.
Sənətçi bu haqda "Qonaqcanlı" proqramında söz açıb.
Bildirib ki, indiki gənclər onun yayılan görüntülərinə tənqidlər yazırlar:
"Geridüşüncəli insanlar geyimimi ələ salırdılar. Amma anlamırlar ki, həmin geyimlər dəb olanda heç ata-anaları tanış olmamışdı. 50 yaşım var, 37 ildir səhnədəyəm. Toyxanadan birbaşa efirə çıxmışam. O vaxt dəb idi, şalvarlarda qat varıydı. Böyük yaxalıqlı köynəkləri mən dəbə gətirdim. Mağazalar həmin köynəyi mənim adımdan satırdılar. Mənim hesabıma həmin köynəkləri satıb pul qazanırdılar. Mənə isə ikiqat qiymət deyirdilər, heç hədiyyə də vermirdilər". (Axşam.az)
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ