Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Kiyev vilayətlərinə raket və dron hücumları təşkil edib, nəticədə dinc sakinlər arasında həlak olanlar və yaralananlar var.
Musavat.com xəbər verir ki, Dnepropetrovsk vilayətinin Kamenolsk rayonunda zərbə sənaye müəssisəsinə dəyib. Vilayət rəsmilərinin məlumatına görə, hücum nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nikopol rayonunda da daha bir mülki şəxsin yaralandığı bildirilir.
Kiyev vilayətinin Borispol şəhərində isə Rusiyanın hava hücumu nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko Borispol qəsəbəsində mənzilin və dam örtüyünün yandığını, hadisə nəticəsində 2 nəfərin xəsarət aldığını təsdiqləyib. Bundan əlavə, Buçansk rayonunda da anbar kompleksi yanıb. Yanğınsöndürmə işləri davam edərkən Rusiya ordusu qonşuluqdakı digər anbar binasına təkrar zərbə endirib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Dnepropetrovsk vilayətində "Kametstal" və "Dneprovsk Metallurgiya Zavodu" metallurgiya kombinatlarının vurulduğunu bəyan edib. Nikolaev şəhəri və Nikolaev vilayətində isə hərbi təyinatlı obyektlər – logistika mərkəzi və elektrik yarımstansiyasının hədəf alındığı bildirilir.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ