Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə 3,5 milyondan çox izləyicisi olan rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı Şəms zorakılığa məruz qaldığı anların görüntülərini yayıb.
Nicat sözügedən videoların montaj olunduğunu və hadisənin tam versiyasının yayımlanmadığını iddia edib.
Şəms isə ünvanına yazılan tənqidlərə cavab verərək, görüntülərdəki mübahisənin hansı səbəbdən baş verdiyini açıqlayıb. O bildirib ki, həmin vaxt övladı üçün yemək və bez alınmasını istəyib:
“Məni günahlandıranlar, mən övladıma sadəcə bez və yemək istəmişdim. Qarşılığında danışığını və elədiyini özünüz görürsünüz. Bunların hamısı qurmadır? Yaxşı, siz düzsünüz, mən səhvəm. Amma yenə də mənim yaşadığım həyatı heç kəsə arzu etmirəm. Mən pula görə problemi sosiallaşdırmıram”.
Qeyd edək ki, Nicat və Şəms bu ilin yayında boşanıb. Şəms Nicatın və ailəsinin ona zorakılıq etdiyini, həmçinin övladına baxmadığını iddia edib./axsam.az/
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ