İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiyanın bu təklifini RƏDD ETDİ

Hindistan Rusiyanın beşinci nəsil Su-57E qırıcı təyyarələrini almaqdan imtina edib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Müdafiə naziri Racesh Kumar Singh açıqlayıb.

Əvəzində, Yeni Dehli Su-30MKI qırıcı təyyarələrini modernləşdirmək və AMCA beşinci nəsil qırıcı proqramını inkişaf etdirmək niyyətindədir.

Moskva əvvəllər Hindistana yalnız Su-57E-lərin alınmasını deyil, həm də texnologiya transferi ilə yanaşı, Hindistanda onların istehsalının qurulması imkanını təklif etmişdi. Lakin Yeni Dehli birgə FGFA proqramının uğursuz təcrübəsindən sonra müqaviləni rədd etdi.

Singh həmçinin əlavə edib ki, Hindistan Rusiya lisenziyası ilə ölkədə istehsal olunan Su-ailə təyyarələrinin modernləşdirilməsi üzərində fəal işləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR