İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət etiraf etdi: pişiklər iqtisadi artımın açarıdır

Tayland hakimiyyəti pişiklərin ölkə iqtisadiyyatında getdikcə daha mühüm rol oynadığını rəsmi şəkildə etiraf edib.

Musavat.com xəbər verir ki, Nikkei Asia-nın məlumatına əsasən, pişiklər üçün məhsul və xidmətlər bazarının həcmi 11,8 milyard dollara yüksələrək iqtisadiyyatın əhəmiyyətli seqmentinə çevrilib.

Bildirilir ki, ötən ilin noyabrında Taylandda beş yerli pişik cinsi – siyam, suphalak, korat, konja və khao mani – milli simvol statusu alıb. Hökumət bu qərarın yalnız genetik irsin qorunmasına deyil, eyni zamanda iqtisadiyyatın stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb. Rəsmi dairələrin açıqlamasında qeyd olunur ki, pişiklər tay inanclarında, ənənələrində və mədəni praktikalarında xüsusi yer tutur.

Məqalədə diqqətə çatdırılır ki, “pişik bazarı” artıq itlər üçün məhsul və xidmətlər seqmentini də geridə qoyub. Müqayisə üçün, itlər bazarının həcmi 7,2 milyard dollar olaraq qiymətləndirilir. Mütəxəssislər bu artımı urbanizasiya prosesləri və mənzil çatışmazlığı ilə əlaqələndirir: şəhər həyatında pişiklər daha uyğun və “kompakt” ev heyvanı kimi seçilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR