İnsanlara hürriyət, millətlərə istiqlal!

Honkonqun 100 gəmisi Hörmüzdə “ilişib”

Honkonqda qeydiyyatdan keçmiş Honkonq şirkətlərinə məxsus və ya onlar tərəfindən idarə olunan təxminən 100 gəmi Hörmüz boğazında qalıb.

Musavat.com xəbər verir ki, məlumatı Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekstin "South China Morning Post" qəzetinə açıqlayıb.  Onun sözlərinə görə, həmin gəmilərdə  təxminən 2300 dənizçi var: "Söhbət 100 gəmidən gedir və hər gəmidə təxminən 23 dənizçi olduğunu nəzərə alsaq, bu o deməkdir ki, Honkonq gəmilərində 2300 dənizçi ilişib qalıb. Hörmüz boğazında tıxanmış bir gəminiz varsa, onu çıxarmağa çalışmaq çox risklidir, çünki kiminsə ona atəş açması riski yüksəkdir".

O, hesab edir ki, hazırda sənayenin əsas prioritetləri heyət üzvlərinə yemək və içməli su ilə təmin etmək, eləcə də emosional dəstək verməkdir. "Çox az gəmi zədələnib, lakin dənizçilərin bu hücumları gördükdə və ya ABŞ və ya İranın ciddi hücumu haqqında oxuduqda yaşadıqları psixoloji stress dərindir".

Çin Hörmüz boğazından gəmilərin maneəsiz keçidinin tez bir zamanda bərpa olunmasını tələb edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR