İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qaregindən “xeyir-dua aldılar”

Ermənistanın revanşist müxalifət qüvvələrinin liderləri parlamentin ilk iclasına dəvət olunmayan II Qareginlə görüşərək Paşinyan hakimiyyətinə qarşı sərt bəyanatlar səsləndiriblər.

Musavat.com xəbər verir ki, parlamentdə təmsil olunan "Güclü Ermənistan" və "Ermənistan" bloklarının deputatları Ümumerməni katolikosu II Qaregini Eçmiədzində ziyarət ediblər.

Ermənistan qanunvericiliyinə əsasən, parlamentin yeni çağırışının ilk iclasında ölkə prezidenti ilə yanaşı, ümumerməni katolikosunun da çıxış etmək hüququ var. Lakin bu dəfə iclasda yalnız prezident Vaaqn Xaçaturyan çıxış edib.

"Güclü Ermənistan" blokunun rəhbəri, revanşist siyasətçi Narek Karapetyan bildirib ki, II Qareginə qanunla nəzərdə tutulmuş çıxış imkanı verilmədiyi üçün fraksiya onun xeyir-duasını almaq məqsədilə Eçmiədzinə gəlib.

"Ermənistan" blokunun fraksiya rəhbəri Anna Qriqoryan isə hakimiyyəti "antimilli mövqe" tutmaqda ittiham edib və ilk dəfə olaraq katolikosun parlamentdə çıxış etməsinə imkan verilməməsini tənqid edib.

II Qaregin də çıxışında hakimiyyətin Ermənistan Apostol Kilsəsinə qarşı atdığı addımları "qanunsuz" və "antikonsitusion" adlandırıb.

Qeyd edək ki, II Qaregin son illərdə Azərbaycan əleyhinə çoxsaylı bəyanatları və Qarabağ məsələsində qızışdırıcı mövqeyi ilə tanınır. O, Ermənistan hakimiyyəti ilə kilsə arasında davam edən qarşıdurmanın əsas fiqurlarından biri hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR