İnsanlara hürriyət, millətlərə istiqlal!

İki piyada qəza qurbanı oldu

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizov idarə etdiyi “Opel Astra” markalı avtomobillə rayonun Zarağan kəndi ərazisində yolu keçən Seyidməmməd İbrahim oğlu Zəkəriyəyevi vurub.

Piyada hadisə yerində ölüb.

Oxşar hadisə Sumqayıtda da qeydə alınıb. Süleyman Nizami oğlu Müslümov Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobillə yolu keçən piyada Elşad Fehruz oğlu Məmişovu vurub.

Həmin piyada da aldığı xəsarətlərdən vəfat edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2026

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR