Onlayn ictimai-siyasi qəzet
ABŞ-da yanacaq qiymətlərini endirmək planı: Dizel ixracı dondurula bilər
Musavat.com xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası dizel yanacağının ixracına 90 günlük qadağa tətbiq etməyi planlaşdırır.
Nəşr bildirir ki, Ağ Ev administrasiya daxilindəki fikir ayrılıqlarına və neft sektorunun etirazlarına baxmayaraq bu addımı atmaq niyyətindədir. Əsas məqsəd Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində ölkə daxilində yanacaq qiymətlərini endirməkdir. D.Trampın sözügedən qərarı gələn həftənin sonunadək açıqlaya biləcəyi qeyd olunur.
Lakin Ağ Ev iddiaları artıq təkzib edərək məlumatı "Politico" nəşrinin növbəti yalan xəbəri" adlandırıb.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ