Onlayn ictimai-siyasi qəzet
Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin ölkədə rus dilindən istifadə ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, deputat “rusdilli ukraynalı” anlayışını qəbul etmədiyini bildirib.
Yurçişin deyib:
“Rusdilli ukraynalılar yoxdur. Ya rusiyalılar var, ya da Rusiyanın öz mədəni dünyasına çəkdiyi və faktiki olaraq xainə çevirdiyi ukraynalılar var”.
Deputat həmçinin bildirib ki, hazırda rus dilində aktiv ictimai fəaliyyətə məhdudiyyətlər tətbiq olunur və mədəniyyətlə incəsənət də ictimai fəaliyyət sahəsinə daxildir. Onun sözləri rus dilində mahnı ifa edən ukraynalı sənətçilərlə bağlı suala cavab zamanı səslənib.
Musavat.com
24 Sentyabr 2026
23 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ