Onlayn ictimai-siyasi qəzet
Sea Breeze kurortunda gələcəkdə Formula 1 mərhələsinin keçirilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, iş adamı və sənətçi Emin Ağalarov layihə ilə bağlı diqqətçəkən açıqlama verib. O, 2030–2031-ci illərə qədər Sea Breeze ərazisində Formula 1 standartlarına uyğun tras tikilməsi və böyük idman tədbirinin bölgəyə gətirilməsi planından danışıb.
Bildirilib ki, layihə üzərində dünyaca məşhur yarış traslarının dizayneri Tilke şirkəti ilə iş aparılır. Hazırda bu istiqamətdə müəyyən addımlar atılır və layihənin reallaşdırılması üçün hazırlıq işləri görülür.
Əgər plan həyata keçərsə, Sea Breeze Formula 1 kimi dünyanın ən böyük idman tədbirlərindən birinə ev sahibliyi edən məkanlardan birinə çevrilə bilər.
Könül
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ