İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Özbəkistan səfərinə özəl vizual şou-Daşkənd səmasında dostluq mesajı-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri şərəfinə paytaxt Daşkənd şəhərinin səmasında möhtəşəm dron şousu təşkil olunub.

Musavat.com xəbər verir ki, gecə saatlarında keçirilən vizual şou şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Yüzlərlə müasir pilotsuz uçuş aparatı (dron) eyni vaxtda havaya qalxaraq göy üzündə Azərbaycan və Özbəkistan prezidentlərinin portretlərini, habelə hər iki qardaş ölkənin dövlət bayraqlarını və strateji dostluq simvollarını əks etdirən işıqlı kompozisiyalar yaradıblar.

Daşkənd səmasını bəzəyən bu təsirli görüntülər qısa zamanda sosial şəbəkələrin Azərbaycan və Özbəkistan seqmentində sürətlə yayılaraq izləyicilərin böyük rəğbətini qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR