Onlayn ictimai-siyasi qəzet
“Şimal qonşumuzda soydaşlarımıza qarşı məhkəmə qərarı olmadan törədilən qanlı hərəkətlər, insanların günün-günorta çağı öldürülməsi idarəçilərin xarakterini, yürüdülən siyasətin mahiyyətini göstərir”.
Musavat.com xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.
Musa Qasımlı qeyd edib ki, bu hadisələr silinməsi mümkün olmayan böyük ləkə olduğundan, çox uzağa hədəflənən məqsədlər güddüyündən artıq təkcə millətimizin işi deyildir. İnsan hüquqlarından, haqq-ədalətdən danışan bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən vəhşi hərəkətlər qəti şəkildə pislənilməlidir.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, göz yaşları və günahsız insan qanları üzərində qurulan və idarə olunmağa cəhd edilən imperiyaların sonu bəllidir: “Tarixə nəzər salmaq faydalı olardı. Danışıqlar aparmaq üçün masa arxasında stulda yerləşməyən, islahatlar aparmaq üçünsə çox böyük və namünasib olan imperiyaların sonu bəllidir...”
Etibar Seyidağa,
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ