Onlayn ictimai-siyasi qəzet
Norveç işğal edilmiş Fələstin ərazilərində salınmış yəhudi yaşayış məskənləri ilə ticarət edən şəxslərə qarşı sərt cəza tətbiq etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, ölkədə bununla bağlı yeni qanun layihəsi hazırlanır. Layihəyə əsasən, işğal edilmiş Fələstin ərazilərində salınmış yəhudi yaşayış məskənləri ilə ticarət edən şəxsləri 3 ilədək həbs cəzası gözləyə bilər.
Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib ki, yeni tənzimləmənin əsas məqsədi həmin yaşayış məskənlərinə iqtisadi dəstəyin qarşısını almaqdır.
Qeyd olunur ki, sentyabrın 8-də Böyük Britaniya, Fransa, Norveç və Kanada da daxil olmaqla 12 ölkə işğal edilmiş Fələstin ərazilərində salınmış yəhudi yaşayış məskənləri ilə ticarətin qadağan edilməsi barədə qərar qəbul edib.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ