Onlayn ictimai-siyasi qəzet
Qısa fasilədən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası (IRIB) məlumat yayıb.
Məlumata görə, verilən fasilə zamanı mütəxəssislərin və müvafiq komitələrin iştirakı ilə ekspert səviyyəsində müzakirələr dayandırılmadan davam etdirilib.
Telekanal vurğulayır ki, İran tərəfi yalnız ABŞ-ın İslam Respublikasına məxsus dondurulmuş aktivlərin sərbəst buraxılmasına razılıq verməsindən sonra danışıqlara start verib.
Bildirilir ki, rəsmi Tehranın irəli sürdüyü iki əsas tələbdən (aktivlərin dondurulmasının ləğvi və Livanda atəşkəsin elan olunması) birincisi artıq ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb.
Hazırda tərəflər ikinci bənd, Livanda hərbi əməliyyatların dayandırılması ətrafında müzakirələri davam etdirirlər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ