Onlayn ictimai-siyasi qəzet
İranın ABŞ ilə Pakistanda keçirilməsi planlaşdırılan danışıqlara yüksək səviyyəli nümayəndə heyəti göndərəcəyi açıqlanıb.
Musavat.com xəbər verir ki, Livanın Al Mayadeen telekanalının məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Bağır Zolqədr də heyətdə yer alacaq.
Məlumata əsasən, nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Araqçi də daxildir. Bu, Tehranın Vaşinqtonla danışıqlara maksimum siyasi çəkidə yanaşdığını göstərir.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ