Onlayn ictimai-siyasi qəzet
İranın Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının komandanı general-leytenant Əli Abdullahi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq İsrail və ABŞ-a "cəhənnəm qapılarını açacaqlarına" söz verib.
Musavat.com xəbər verir ki, onun açıqlaması İRNA xəbər agentliyi tərəfindən yayılıb: "Bu müharibənin əvvəlindən biz vəd etdiyimiz hər şeyi yerinə yetirdik və indi bizim tək mesajımız budur: cəhənnəm qapıları sizin üçün açılacaq".
O, həmçinin İranın enerji infrastrukturuna edilən hər hansı bir zərbənin Tehran tərəfindən cavab tədbirlərinə, o cümlədən bölgədəki bütün ABŞ və İsrail hədəflərinə zərbələr endirilməsinə səbəb olacağını təkrarlayıb.
Abdullahinin sözlərinə görə, Trampın ultimatumu sonuncunun "çarəsizliyini və əsəbiliyini" nümayiş etdirir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ