İnsanlara hürriyət, millətlərə istiqlal!

İran müharibəsi bitir? - Tehrandan sensasion açıqlama

İran İslam İnqilabı Keşikçiləri Korpusunun məsləhətçi qrupunun rəhbəri Əli Fədafi sensasion açıqlama ilə çıxış edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Birləşmiş Ştatların artıq regionda hərbi əməliyyatları dayandırmağa sadiq olduğunu və bu mövqenin prezident Donald Trampın özü tərəfindən dəstəkləndiyini bəyan edib.

“Dünəndən Tramp və amerikalılar atəşkəs üçün səy göstərirlər. Nəyə görə? Bizim göstərdiyimiz təzyiqlərə görə, onları bu məsələni ciddi şəkildə nəzərdən keçirməyə vadar edən məhz budur", - Fədafi İran televiziyasında deyib.

Qeyd edək ki, Trampın müharibənin başa çatmasına dair dediyi sözlər belədir: “İran artıq məğlubdur, məsələ demək olar ki, həll edilib. İranın müqavimət gücü, demək olar ki, qalmayıb. Biz onların hər şeyini sıradan çıxarmışıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR