İnsanlara hürriyət, millətlərə istiqlal!

İran QARIŞDI: “Pezeşkian ABŞ-də HƏBS EDİLƏ BİLƏR” - TƏCİLİ XƏBƏRDARLIQ

Nyu-Yorka səfər edən İran prezidenti Məsud Pezeşkianın ABŞ-də həbs oluna biləcəyi ilə bağlı qalmaqallı iddia irəli sürülüb.

Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Qasım Rəvanbəxş bəyanat verib.

Deputat vurğulayıb ki, İran ABŞ ilə faktiki müharibə vəziyyətindədir və belə bir şəraitdə prezidentin saxlanılması ölkə üçün böyük məğlubiyyət olar.

Rəvanbəxş ABŞ prezidenti Donald Trampın Pezeşkianla görüşə hazır olması barədə açıqlamalarına da toxunub.

O bildirib ki, Tramp son anda görüşü ləğv edə və ya İran tərəfinə ağır şərtlər diktə edə bilər.

Millət vəkili Pezeşkianın Trampla ehtimal olunan görüşünü kəskin tənqid edərək, “rəhbərin və minlərlə iranlının qatili” hesab etdiyi bir şəxslə danışıqlar aparmağın İrana heç bir fayda verməyəcəyini vurğulayıb.

Musavat.com

Hörmüz gəlirlərinin bir hissəsi Silahlı Qüvvələrə ayrılacaq” - Zefer.Media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR