Onlayn ictimai-siyasi qəzet
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını dayandırmaq məqsədilə diplomatik proses başlatmaq cəhdləri hələlik nəticə verməyib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Oman və Misir tərəflər arasında əlaqələrin bərpası üçün fəal cəhdlər göstəriblər. Oman diplomatları bir neçə dəfə danışıqları təşəbbüs ediblər, lakin Vaşinqton aydın şəkildə bildirib ki, hazırda dialoqa maraqlı deyil.
Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın hərbi potensialını maksimum zəiflətmək məqsədilə hərbi əməliyyatları davam etdirməyi planlaşdırır:
"Hazırda danışıqlar aktual deyil. Missiya fasiləsiz davam edəcək. O gün nə vaxtsa gələ bilər, amma indi yox", - deyə administrasiya nümayəndəsi vurğulayıb.
Tehran da sərt mövqeyini saxlayır. İran rəhbərliyi bildirir ki, atəşkəs yalnız bir sıra şərtlər yerinə yetirildiyi halda mümkündür: ABŞ və İsrailin hava zərbələrinin dayandırılması və vurulmuş ziyanın kompensasiyası.
Əməliyyatın əvvəlində Təhlükəsizlik Şurasının katibi Əli Laricani və xarici işlər naziri Abbas Araqçi ABŞ vitse-prezidenti Cey Di Vens ilə əlaqələrə icazə verirdilərsə, hazırda bu kanallar bağlıdır.
"Əvvəlki bütün diplomatik əlaqələr artıq aktuallığını itirib", - mənbə bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi isə Hörmuz boğazı üzərində nəzarəti strateji prioritet hesab edir və atəşkəs barədə hər hansı razılaşmaya qəti şəkildə qarşı çıxır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ