İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və İraq üz-üzə: Görüş bitdi, “körfəz savaşı” başladı

İran və İraq parlamentlərinin sədrləri Məhəmmədbağır Qalibaf və Heybət əl-Hələbusi arasında Bağdaddakı görüşdən sonra sosial medida “kartoqrafik mübahisə” yaranıb.

Musavat.com xəbər verir ki, bu gün əl-Hələbusi “X” hesabında arxa planda su hövzəsinin “Ərəb körfəzi” kimi qeyd edildiyi xəritə qarşısında çəkilmiş görüntüsünü paylaşıb.

Bu paylaşım sosial media istifadəçiləri və regional müşahidəçilər tərəfindən Qalibafın dünən paylaşdığı görüntüyə cavab kimi dəyərləndirilib. Qalibaf həmin fotosunda arxa planda “Fars körfəzi” ifadəsi ilə qeyd olunmuş xəritənin qarşısında əyləşmişdi.

Tərəflərin bu paylaşımı su hövzəsinin adlandırılması ilə bağlı İran və ərəb ölkələri arasında uzun müddətdir davam edən siyasi və simvolik mübahisəni yenidən gündəmə gətirib.

Sosial media polemikası Qalibaf və əl-Hələbusinin Bağdadda görüşərək ikitərəfli əməkdaşlıq və regional prosesləri müzakirə etməsindən 24 saat keçməmiş baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR